-
Urodinamiya Mərkəzi
Baku Medical Plaza
Hiperaktiv sidik kisəsi (HSK) nədir?
Olduqca spesifik sidik qaçırma növü olan hiperaktiv sidik kisəsi qəfil,idarəolunmaz sidiyə getmə istəyi ilə xarakterizə olunan bir disfunksiyadır. Günortalar sidik qaçırmağa səbəb olduğu kimi HSK gecə qaçırmalara da səbəb ola bilər.
Hiperaktiv sidik kisəsinin səbəbləri nələrdir?
Sidik kisəmiz sidiyi depolayan zaman sidik kisəsinin əzələsi boş olur və çanaq əzələləri aktiv halda olur.Sidik kisəsinin müəyyən bir miqdar sidiklə dolduğu zaman,beynimiz sidik kisəsinə siqnal göndərir.Sidik kisəsinin divaryanı əzələləri qasılır və sidiyi sidik kanalına yollayır.Çanaq əzələlərimiz boşalar və rahat sidik kanalından sidiyimizi xaric edərik.
Sidik kisəsindəki əzələlər çox aktiv olduğundan HSK ortaya çıxar.Beləliklə,sidik kisəsi tam olaraq dolmadan sidik kisə əzələləri işəmək üçün qasılır.Xəstə ani və təcili sidiyə getmək ehtiyacı hiss edər.Çox kiçik həcmlərdə sidiyə çıxar.
HSK-nın digər səbəbləri aşağıdakılar da ola bilər;
HSK-ya aid simptomlar nələrdir?
Ən sıx görülən simptomlar arasında normadan çox tez-tez tualetə getməkdir. Gün ərzində normal sidiyə çıxma sayı 4-7 dəfədir,lakin hiperaktiv sidik kisəsi olan xəstələrdə bu say xeyli çoxdur. Tualetə getməmək üçün maye qəbulunu azaltsalar da, sidik kisənin əzələ divarı qasılı olduğundan xəstə daima tualetə ehtiyac duyur və sidiyə getmə tezliyinin sayı 10-u keçir.
Uşaqlar gün ərzində ani sıxışma hissi ilə çiş tutma manevrları etməyə başlayırlar.Məsələn,ayaqlarını çarpazlaşdırarlar,perineal bölgəni əlləri ilə tutarlar,hərəkətsiz qalarlar və s. kimi hərəkətlər də hiperaktiv sidik kisəsinin olduğunun göstəricisidir. Təbii ki, digər simptomlar arasında ən çox yayğın olan gündüz və gecə qaçırmaları,sidik yolu infeksiyası,çiş etmək istəyib,lakin çiş edəməmə və yaxud az həcmdə sidiyin gəlməsi kimi problemlər durur.
Bəzi uşaqlarda yeniyetməlik dövründə yaşla birgə HSK problemi yüngülləşə,ortdan qalxa bilər. Lakin HSK ilə birgə çanaq əzələsinin disfunksiyaya uğraması görülə bilən haldır və bu hal gələcəkdə uşaq yetkin yaşına çatdıqda fərqli problemlərlə üzləşməsinə səbəb yarada bilər.Buna görə də problem vaxtında aydınlaşdırılmalı və ən tez halda müalicə edilməlidir.
Fizioterapist Aliyə İbrahimova
Copyrights © 2024 All Rights Reserved. Powered by urodinamiya.com
Şəxsi Məlumatların Qorunması Qanunu